VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ
Məhkəmədə vətəndaşların qəbulu həftənin 1,3,5-ci günləri saat 16-00-dan 18-00 qədər məhkəmənin sədri, hər gün saat 14-00-dan 18-00 qədər isə böyük məsləhətçi tərəfindən və zəruri hallarda dərhal aparılır.
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər.
Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı arasında bağlanmış Maliyyələşdirmə Sazişinə əsasən Ədliyyə Nazirliyi tərəfindən «Ədliyyə Sisteminin Müasirləşdirilməsi» Layihəsi həyata keçirilir. Layihə çərçivəsində yeni müasir məhkəmələrin tikintisi və mövcud məhkəmə binalarının yenidənqurulması və əsaslı təmiri nəzərdə tutulur. Hazırda Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi üçün ayrılmış torpaq sahəsində yeni inzibati binasının müasir beynəlxalq standartlara uyğun layihələndirilməsi işi aparılır və binanın tikintisinin cari ilin ikinci yarısında başlanması planlaşdırılır. Yeni inzibati binada elektron sənəd dövriyyəsi və ən müasir informasiya-kommunikasiya texnologiyaları avadanlıqları tətbiq olunacaqdır.
|
Dili seçin:


 |